İqtisadiyyat 20-12-2025, 10:05

Azərbaycan nefti 64 dollara satılır

Azərbaycan nefti 64 dollara satılır
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar olub.

Planetinfo.az Modern.az-a istinadən xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar və ya 0,59 % artaraq 64,25 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti