Sosial 7-05-2026, 13:30

Sabah bu ərazilərdə qaz olmayacaq



Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.



Bu barədə Planetinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti