Dünya Bugün, 17:02

Pentaqon rəhbəri İrana XƏBƏRDARLIQ ETDİ



ABŞ İranın Hörmüz boğazında gəmilərə hücumlarına “böyük atəş gücü” ilə cavab verəcək.

Planetinfo.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset brifinqdə bildirib.

“Əgər siz Amerika hərbçilərinə və ya mülki gəmilərə hücum etsəniz, ABŞ-ın böyük atəş gücü ilə üzləşəcəksiniz”, - deyə o vurğulayıb.

Heqset bildirib ki, Vaşinqton Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin olunmasını prioritet hesab edir.

Qeyd edək ki, son günlər Hörmüz boğazında gəmilərə hücumlarla bağlı məlumatlar fonunda regionda gərginlik artıb.

Xəbər lenti