ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Abbas limanında sualtı qayıq və gəmilərə texniki xidmət göstərən obyektə zərbə endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, zərbə ötən gecə bir neçə "Corsair" suüstü pilotsuz aparatından istifadə edilməklə endirilib.
Bu, ABŞ hərbçiləri tərəfindən döyüş əməliyyatında dəniz pilotsuz aparatlarının tətbiq edildiyi ilk haldır.
Zərbələr İranın kommersiya gəmiçiliyinə hücumları davam etdirmək imkanlarını azaldıb.