Şimali Koreya (KXDR) xüsusi hərbi əməliyyat zonasında bərpa işləri aparmaq üçün minlərlə hərbçisini Rusiyaya göndərməyə başlayıb.
Planetinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi ölkənin Milli Kəşfiyyat Xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiyaya Şimali Koreya ordusunun mühəndis qoşunlarından təxminən 5 min əsgər gəlməlidir. Onlar dağıdılmış infrastrukturu bərpa etməklə məşğul olacaqlar. Daha 1 min hərbçi isə ərazilərin minalardan təmizlənməsi üzrə ixtisaslaşacaq.
Seulun iddiasına əsasən, ümumilikdə Pxenyan Rusiyaya 10 minədək hərbçisini göndərəcək.