Rusiyanın Sankt-Peterburq şəhərində 2020-ci ildən bəri tətbiq olunan koronavirus məhdudiyyətləri 1 oktyabr 2026-cı il tarixində tamamilə aradan qaldırılacaq.
Bu barədə "Gazeta" məlumat yayıb. Qeyd edilib ki, şəhər rəhbərliyi bu qərarı Sankt-Peterburq və Leninqrad vilayətinin Baş Dövlət Sanitariya həkiminin əmri əsasında qəbul edib.
Hazırda Rusiyanın şimali paytaxtı adlandırılan bu tarixi bölgədə COVID əleyhinə bəzi məhdudiyyətlər tətbiq olunur. Məsələn, şəhər rəhbərliyinin təsdiq və icazəsi olmadan 300 nəfərdən çox insanın iştirakı ilə ictimai tədbirlərin keçirilməsi qadağandır. Qaydalara əsasən, oxşar tədbirlərin təşkilatçılarından insanları fərdi qoruyucu vasitələrlə təmin etmələri, 60 yaşdan yuxarı sakinlərdən ictimai yerlərdə maska taxmaları tələb olunur.