Gündəm / Siyasət / Dünya Bugün, 17:00

ABŞ əsgərləri təlimlər zamanı itkin düşdülər



Mərakeşdə "Afrika şiri" təlimləri zamanı iki ABŞ hərbçisi itkin düşüb.

Planetinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin yerli komandanlığı (AFRICOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, hadisə ötən gün ölkənin cənub-qərbindəki Tan-Tan şəhəri yaxınlığında yerləşən Kap-Draa təlim zonası ətrafında baş verib.

Xəbər lenti