Gündəm / Siyasət 5-12-2025, 12:32

Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanla sülh müqaviləsi imzlanandan sonra baş tutacaq



"Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi çoxdan müzakirə olunan mövzudur. Hətta iki ölkə arasındakı sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı razılıq da əldə olunmuşdu. Amma bu razılıq hələ də reallaşmadı. O cümlədən bu gün də Türkiyənin və Ermənistanın dövlət rəsmiləri qarşılıqlı səfərlər edir və sərhəd məsələlərini müzakirə edirlər. Ermənistan Türkiyə ilə sərhədin açılması üçün infrastrukturun da hazır vəziyyətdə olduğunu açıqlamışdır. Hətta yaxın zamanlarda sərhədin açılacağı ilə bağlı xəbərlər də dolaşmaqdadır. Amma subyektiv fikrim ondan ibarətdir ki, Türkiyə razılaşmalarla bağlı danışıqlar aparsa da, sərhədlərin açılması məsələsini Azərbaycanla sinxron edəcəkdir".

Bunları Milli Məclisin deputatı Azər Badamov Planetinfo.az-a Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanmadan öncə Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyündən danışarkən deyib. O bildirib ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyıb Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı net açıqlaması var:

"Türkiyənin dövlət başçısı Zəngəzur dəhlzinin açılmasını və Azərbaycanla sülh müqaviləsinin imzılanmasını gözlədiklərini açıq şəkildə bəyan etmişdir. Bu baxımdan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Azərbaycanla sülh müqaviləsi imzlanandan sonra baş tutacağını hesab edirəm. Yekun sülh müqaviləsinin imzalanması üçün böyük işlər qalmayıb. Bunun üçün ilk növbədə Ermənistan konstitusiyasından ölkələrimizə qarşı ərazi iddiaları çıxarılmalıdırlar".

Millət vəkili deyib ki, Paşinyanın dayanıqlı sülhə nail olaması üçün yeni konstitusiyanın qəbul olunmasına ehtiyac oldğu ilə bağlı açıqlamaları var:

"Bu o deməkdir ki, qarşıdan gələn parlament seçkilərindən sonra Ermənistan konstitusiyasını dəyişəcək və yekun sülh müqaviləsi imzlanacaqdır. Ondan sonra həm Türkiyə, həm də Azərbaycan Ermənistanla sərhədləri açacaqdır".

Anar

Xəbər lenti