Gündəm / Dünya 22-08-2026, 21:00

Soçidə helikopter sərt eniş etdi



Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus olduğu ehtimal edilən helikopter Soçidə Aşe çayının məcrasında sərt eniş edib.

Bu barədə “ÇP Soçi” “Telegram” kanalı məlumat yayıb.

“Hadisə yerindən verilən məlumata görə, xəsarət alan olmayıb. Helikopterin korpusunun elementləri və quyruq hissəsi zədələnib”, - məlumatda qeyd edilib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Ərazidə mütəxəssislər işləyir.

Xəbər lenti