Gündəm / Hadisə 9-12-2025, 17:45

Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR

Qazaxıstanda qəzaya uğrayan  AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabat vermək üçün iki xarici laboratoriyanın nəticələrini gözləyir.

Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatı dərc etmək üçün iki xarici laboratoriyanın nəticələrini gözləyir.

ICAO qaydalarına əsasən, hava qəzası ilə bağlı araşdırmanın yekun hesabatı hadisənin baş verdiyi tarixdən etibarən 12 ay ərzində dərc olunmalıdır.

Xatırladaq ki, qəza 25 dekabr 2024-cü ildə baş verib. Qəza nəticəsində 38 sərnişin və heyət üzvü həlak olub, daha 29 nəfər yaralanıb.

Anar

Xəbər lenti