Kərkükdə Azərbaycan Evinin açılması, Azərbaycan Mədəni Mərkəzinin yaradılması yaxşı olardı.
Planetinfo.az xəbər verir ki, bunu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib. O, eyni zamanda orada Türkiyənin Mədəni Mərkəzinin yaranmasını da məqsəduyğun hesab edib.
İlham İsmayılov hesab edir ki, Mədəni Muxtariyyat gələcəkdə milli muxtariyyata gedən yolun başlanğıcı ola bilər:
“Türkmanlar İraqda ərəblər və kürdlərdən sonra sayca üçüncü xalqdır. Kürdlərin burada muxtariyyatı olsa da, lakin türkmanların heç bir muxtariyyatı yoxdur. Ona görə də türkmanların da burada mədəni muxtariyyatının olması zərurəti var”.
Qeyd edək ki, ATXƏM sədri və vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı bu günlərdə Kərkükdə səfərdədirlər.
Anar