Ukraynada internet və rabitə xidmətlərində genişmiqyaslı fasilələr riski qalır.
Baş nazir Sergey Koretski bunun səbəblərindən birinin Rusiya ordusunun Ukraynadakı məlumat mərkəzlərinə zərbələri olduğunu bildirib.
Koretski rəqəmsal və kommunikasiya infrastrukturunun qorunması üçün müxtəlif variantların nəzərdən keçirildiyini deyib.
Onun sözlərinə görə, avadanlıqların bir hissəsi yeraltı məkanlara köçürülür, məlumatların ehtiyat nüsxələri bulud sistemlərində saxlanılır, bəzi resurslar isə ölkə xaricinə çıxarılır. Lazım gəldikdə bu üsulların bir neçəsinin eyni vaxtda tətbiqi nəzərdə tutulur.
Baş nazir qeyd edib ki, vahid qorunma modeli yoxdur və hökumət mümkün hücumların ən ağır ssenarisinə hazırlaşır.