Gündəm 12-11-2025, 17:34

Türkiyənin hərbi tarixində baş vermis ağır qəzalar


Azərbaycandan Türkiyəyə doğru hərəkət edən “C‑130” hərbi yük təyyarəsinin qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatının baş verməsi hər iki qardaş ölkədə dərin hüzn və məyusluq yaradıb. Aparılan xilasetmə və axtarış tədbirləri nəticəsində təyyarənin “qara qutu”su aşkar edilib. Hazırda təyyarənin hansı səbəbdən qəzaya uğraması istiqamətində araşdırmalar aparılır.

Planetinfo.az “C-130” hərbi yük təyyarəsinin qəzaya uğraması fonunda indiyə qədər Türkiyənin hərb tarixində baş vermis bu tipli qəzaların araşdırmasını aparıb. Məlum olub ki, anoloji hadisələr keçən əsrin 80-90-cı illərində dfə baş verib. Belə ki, 1982-ci il, aprelin 13-də Ərzurumun Refahiye adlanan ərazisində hərbi təyinatlı təyyarə qəzaya uğrayıb.

Hadisə Amerikan Hərbi Hava Qüvvələrinə məxsus C-130H təyyarəsinin Ərzurumdan İncirliyə uçuş edərkən Refahiye yaxınlığında baş verib. Nəticədə təyyarədə olan 27 nəfərin hamısı həlak olub. Bu hadisə Türkiyədəki yük/nəqliyyat təyyarəsi qəzalardan biri kimi araşdırmalarda yer alır.


Hərbi sahədə digər bir qəza 1981-ci il, sentyabrın 22-də baş verib.

Kırklarelinin Babaeski rayonundakı Pancarköydə Northrop F-5 təyyarəsi planlaşdırılan hərbi təlim zamanı toplaşan əsgərlərin üzərinə çırpılıb. Nəticədə pilot da daxil olmaqla 35 əsgər yerindəcə həkak olub, yaralanan 72 əsgərdən 30-u isə daha sonra vəfat edib. 65 əsgərin həyatına son qoyan qəza 1963-cü ildə baş verən Ulus fəlakətindən sonra Türkiyədə hərbi təyyarənin iştirak etdiyi ikinci ən ölümcül aviasiya qəzasıdır.

1 fevral 1963-cü ildə Livanın Middle East Airlines (Air Livan) aviaşirkəti tərəfindən idarə olunan və Beyrut-Ankara reysi ilə Nikosiyadan birləşdirici reysi həyata keçirən Vickers Viscount 745 D sərnişin təyyarəsi Esenboğa hava limanına eniş etməyə hazırlaşarkən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Douglas C-47 təyyarəsi ilə toqquşur. Hər iki təyyarə Ulus rayonundakı yaşayış məntəqələrində müxtəlif yerlərə çırpılır. Qəzada sərnişin təyyarəsindəki 11 sərnişin və 3 heyət üzvü, hərbi təyyarədəki 3 türk hərbçisi və təyyarənin düşdüyü ərazilərdəki 87 nəfər olmaqla ümumilikdə 104 nəfər həlak olur.

Xəbər lenti