Mədəniyyət 4-11-2025, 19:08

"İraqda Azərbaycan dilini yaşatmaq üçün layihələr həyata keçirmək lazımdır"

"İraqda Azərbaycan dilini yaşatmaq üçün layihələr həyata keçirmək lazımdır"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan dili haqqında çox vacib və incə məqamlara toxunması soydaşlarımız olan İraq türkmanlarını bir daha gündəmə gətirir. İraqda 3 milyondan çox insan Azərbaycan türkcəsində danışır. Lakin cənab Prezidentin dediyi kimi, Azərbaycan dili Türkmanelidə məişət səviyyəsindən yuxarı qalxa bilmir.

Bunu Planetinfo.az-a filologiya üzrə fəlsəfə doktoru, türkmanşünas Orxan İsayev deyib.

O, qeyd edib ki, ıdəbi dilləri Türkiyə türkcəsi olan türkmanlar danışıq dili olaraq Azərbaycan türkcəsindən istifadə edirlər. İraqın rəsmi dövlət dilinin ərəb dili olmasını və türkmanlarla, demək olar ki, iç-içə yaşayan kürdlərin hər yerdə öz dillərindən istifadə etməsini nəzərə alsaq, türkmanların ana dili üçün kifayət qədər təhlükənin yarandığını deyə bilərik:

"Fikrimizcə, İraqda Azərbaycan dilini yaşatmaq üçün bir sıra işlər görmək, ən azından dilimizlə bağlı dərc olunmuş dərslikləri İraq türkmanları arasında yaymaq, ədəbiyyatımızı və mədəniyyətimizi təbliğ etmək və s. bu kimi önəmli layihələri həyata keçirməklə qədim Mesapotamiya torpaqlarında əsrlərdən bəri mövcud olan zəngin Azərbaycan ədəbi-mədəni irsini dirçəltmək və yaşatmaq olar".

Xəbər lenti