Region 1-12-2025, 09:07

"Rusiya Avropanın təhlükəsizliyini təhdid edir"

"Rusiya Avropanın təhlükəsizliyini təhdid edir"
Hər gün bir, ya iki PUA Avropa hava məkanında görünür. Avropa liderləri konkret qərarlar verib, Rusiyanın artan təxribatlarına kompleks müqavimət göstərmək əvəzinə, məsləhətləşirlər.
Demək olar ki, V.Putin ABŞ-la Avropa arasında fikir ayrılıqlarına nail olur. Təəssüf ki, ABŞ administrasiyası Moskvanın narrativlərini qəbul edir.

Bunu Planetinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi çalışır ki, Qərb koalisiyasını parçalayıb, Ukraynada istəyinə nail olduqdan sonra, Cənubi Qafqaza və Mərkəzi Asiyaya təzyiqlər artırsın. Hazırda, bu təzyiqlər vaxtaşırı edilir:

"Qərb koalisiyasının parçalanması, Rusiyanın fövqəl dövlət olması deməkdir. Həmçinin Ukraynanı öz ərazilərindən imtinaya məcbur edilməsi, Moskvanın Qərb üzərində taktiki qələbəsi və güc yolu ilə sərhədlərin dəyişilməsinin əsasının qoyulmasıdır. Bununla da beynəlxalq müstəvidə yeni prsedentlər yarana bilər. Tramp Kanadanı və Qrenlandiyanı işğal etməklə hədələməsi bu avantüranin tərkib hissəsi idi.

Qərb Rusiya təcavüzünü durdurmaq gücündədir. Amma, bunun üçün siyasi iradə nümayiş etdirmir. Avropa Ukraynada döyüşməyə çəkinirsə, Rusiya sabah Polşanın qapısını döyə bilər. Bunun baş verməməsi üçün Almaniya, Böyük Britaniya, Fransa və Polşa Rusiyanı durdurmaq gücündədir".

Nəsimi

Xəbər lenti