Region 3-12-2025, 10:34

TDT-yə üzv ölkələrin diaspora məsələləri üzrə 7-ci iclası keçirilib

TDT-yə üzv ölkələrin diaspora məsələləri üzrə 7-ci iclası keçirilib
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə diaspor siyasəti ilə bağlı növbəti toplantı keçirilib. 2026-cı il üçün birgə planlar, əməkdaşlıq layihələri və diasporla iş sahəsində prioritet istiqamətlər müzakirə edilib.

Planetinfo.az xəbər verir ki, Özbəkistan adından Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlər Komitəsinin sədri K.Sarıyev iştirak edib. O, çıxışında Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə TDT ilə əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini, Qəbələdə keçirilən sammitin təşkilatın nüfuzunun artırılmasında mühüm addım olduğunu qeyd edib.

Nəsimi

Xəbər lenti