Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Planetinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfir Ermənistanın Avropa Birliyi (AB) ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub.
Qeyd edilib ki, Ermənistanın AB ilə yaxınlaşması Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir.
Nazirliyin qiymətləndirməsinə görə, bu proses Avrasiya İqtisadi İttifaqı daxilində qarşılıqlı fəaliyyətə zərər vurur.