Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində NATO-nun Cənubi Qafqazdakı ofisinin rəhbəri Aleksandr Vinnikov ilə mənalı və konstruktiv görüş keçirilib.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial səhifəsində yazıb ki, biz regionda təhlükəsizlik vəziyyətini, mövcud çağırışları və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik. Əsas məqamda Ukraynanın və tərəfdaşlarımızın mövqelərinin üst-üstə düşməsi vacibdir - təhlükəsizliyin möhkəmləndirilməsi prioritet olaraq qalmalı, ədalətli sülhün əldə edilməsi naminə qarşılıqlı fəaliyyət dinamik və sistemli şəkildə inkişaf etməlidir.
Diplomat verdiyi dəstəyə görə Ukraynaya təşəkkür edib. Daha sıx koordinasiya haqqında razılığa gəliblər.
Nəsimi