2025-ci il dekabrın 3-də Daşkənddə “İnsan hüquqları və maraqlar sahəsində dövlət və QHT əməkdaşlığı” mövzusunda Milli Forum keçirilib.
Planetinfo.az xəbər verir ki, Forumun təşkilatçıları və tərəfdaşları sırasında Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi, Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyası, Vətəndaş Cəmiyyəti İnstitutlarını Dəstəkləmə İctimai Fondu, İnsan Hüquqları üzrə Milli Mərkəzi və digər təsisatlar olub.
Toplantıda qonaq qismində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da iştirak edib.
Forumda qeyd olunub ki, 116 ölkənin iştirakı ilə təsis edilmiş Qlobal Cənub QHT Platforması, Mərkəzi Avropa və Mərkəzi Asiya arasında 8 türk dövlətini birləşdirən TDT-yə üzv ölkələrin QHT Platforması müxtəlif sahələrdə, o cümlədən insan hüquqları ilə bağlı yeni əməkdaşlıq mexanizmlərinin formalaşmasına təkan verəcək.
A.Əliyeva Azərbaycan və Özbəkistan QHT-lərinin birgə layihələrinin Mərkəzi Asiya regionu üçün əhəmiyyətini vurğulayıb.
Nəsimi