Region 5-12-2025, 08:04

Türkiyə -Ermənistan sərhədləri yaxin perspektivdə açıla bilər

Türkiyə -Ermənistan sərhədləri yaxin perspektivdə açıla bilər
Ermənistan və Türkiyə arasında aparılan danışıqlarda ciddi siyasi irəliləyişlər əldə olunub. Məhz Ermənistanda seçkilərə yaxın vaxtlarda iki ölkə arasında sərhədlər açıla bilər. Hazırda N. Paşinyan bunun üçün Ankara ilə ciddi danışıqlar aparır. Paralel olaraq Azərbaycanın razılığını almağa çalışır.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"Qeyd edim ki, Dohada Ermənistanın Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan və prezidentin köməkçisi H.Hacıyev görüşəcək. Bu görüşdə sülh prosesi, iki ölkə arasında diplomatik danışıqlar və Türkiyə -Ermənistan sərhədlərinin açılması ilə bağlı danışıqlar aparılması mümkündür. Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə qarşılıqlı səfərlər edilir. Artıq iki ölkə rəsmilərinin üçüncü ölkədə görüşünə ehtiyac yoxdur. Ötən həftə Ermənistanın Baş nazirinin müavini M. Qriqoryan nümayəndə heyəti ilə Qəbələdə Birgə Komissiyanın iclasında iştirak üçün səfərdə oldu" - politoloq deyib.

O, qeyd edib ki, ümumiyyətlə, Türkiyə -Ermənistan sərhədlərinin açılması N. Paşinyanın daxili siyasi mövqeyini gücləndirməklə yanaşı, Rusiya orbitindən çıxmasını daha da tezləşdirə bilər.

Nəsimi

Xəbər lenti