Region 8-12-2025, 08:35

Özbəkistanda “Yaşıl gələcək – bütün xalqların ümumi məqsədi” tədbirin açılışı olub

Özbəkistanda “Yaşıl gələcək – bütün xalqların ümumi məqsədi” tədbirin açılışı olub
Əvvəlcə sərgi çərçivəsində Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri üzrə Komitə (sədri — Saliev K.R. ilə Özbəkistan Ekoloji Partiyası sədri — Xamzaev A.Х. arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bundan sonra tədbirdə iştirak edən milli mədəniyyət mərkəzlərinin pavilyonları qonaqlara təqdim olunub.

Özbəkistan Ekoloji Partiyasının sədri, Abduşukur Xudoyqulovich Xamzaev, qonaqlarla birlikdə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzМММ) pavilyonunu ziyarət edib.

Burada milli geyimlər, musiqi alətləri, rəsmlər, xalçalar və Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirən digər eksponatlar nümayiş etdirilib. Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Deputatlar tərəfindən səmimi fikirlər səsləndirilmiş, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmləndirilməsi və inkişaf etdirilməsi mövzusunda məzmunlu söhbət aparılıb.

Daha sonra “Yaşıl gələcək – bütün xalqların ümumi məqsədi” tədbirinin təntənəli açılışı olub, bu tədbir çox mühüm və simvolik şüar altında keçirilib. Tədbirdə RAzМММ sədri rəsmi çıxış edib. Çıxışında qeyd olunub ki, RAzМММ ətraf mühitin qorunmasına, yaşıllaşdırmaya və gənclər arasında ekoloji mədəniyyətin formalaşdırılmasına yönəlmiş təşəbbüsləri daim fəal şəkildə dəstəkləyir. Bildirilib ki, təbiətə sevgi kiçik addımlardan başlayır — təmiz həyətdən, əkilən ağacdan, suya və torpağa qayğıkeş münasibətdən.

RAzМММ sədri çıxışında xüsusilə vurğulayıb ki, bu gün Özbəkistan ekologiya və davamlı inkişaf məsələlərinə yüksək səviyyədə diqqət göstərir. Yaşıllaşdırma, təbii sərvətlərin qorunması və “yaşıl” energetikanın inkişafı istiqamətində genişmiqyaslı proqramlar həyata keçirilir. Milli azlıqların nümayəndələri bu nəcib proseslərə öz töhfələrini verməklə qürur duyur, vahid çoxmillətli Özbəkistan ailəsinin ayrılmaz hissəsi olduqlarını hiss edirlər.

Qeyd olunub ki, bu cür tədbirlər təkcə simvolik xarakter daşımır, həm də ekoloji məsuliyyətli cəmiyyətin formalaşması yolunda real və mühüm addımdır. İştirakçılar buradan yalnız xoş ovqatla deyil, həm də hər gün — gündəlik həyatlarında, işlərində və uşaqların tərbiyəsində təbiəti qorumaq barədə qəti niyyətlə ayrılıb.

Tədbirin sonunda iştirakçılar pavilyonların ərazisində ağaclar əkmiş, daha sonra isə konsert proqramı təşkil olunub. Tədbirdə bütün milli mədəniyyət mərkəzləri, həmçinin Komitənin rəhbərliyi və əməkdaşları fəal iştirak edib.

Nəsimi

Xəbər lenti