Gürcüstanın hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının dəvəti ilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndə heyəti bu ölkəyə səfər edib.
Səfər çərçivəsində ilk olaraq partiyaların Gənclər Birlikləri arasında Əməkdaşlıq Memorandumu imzalandı. Gənclər Təşkilatının sədri, Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər komitəsinin sədrinin birinci müavini Giorgi Çakvetadze ilə birgə imzalanan bu sənəd gənclər sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və gənclərin inkişafına yönəlmiş proqramların dəstəklənməsini nəzərdə tutur.
YAP təmsilçilərinin Gürcüstana səfərinin 2-ci günündə Tbilisi Şəhər Assambleyasın sədri Zurab Abaşidze, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Şəhər Assambleyasında fraksiya rəhbəri Zurab Çikviladze, eləcə də Assambleya üzvləri ilə görüş baş tutub.
Görüşdə yerli özünüidarəetmə, gənclərin sosial və ictimai-siyasi fəallığının artırılması, bələdiyyə səviyyəsində həyata keçirilən gənclər təşəbbüsləri və Azərbaycan–Gürcüstan əməkdaşlığı çərçivəsində qeyd olunan istiqamətlər üzrə birgə layihələrin inkişafı barədə qarşılıqlı fikir mübadiləsi aparıkıb.
Nəsimi