AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov bu ölkədə fəaliyyət göstərən xarici ölkə jurnalistləri arasında “Persona 2025” nominasiyasının qalibi olub.
Dekabrın 8-də mükafatların təqdimetmə mərasimi olub.
Bununla bağlı Xətayi Əzizovun təəssüratlarını təqdim edirik:
"Salam əziz dostlar, xanımlar və cənablar!
Bu gün burada, sizin qaşınızda çıxış etməkdən çox məmnunam.
Bu gün mənim üçün çox xoşdur. Bilirsiniz, mən 11 il bundan əvvəl Gürcüstana xüsusi müxbir təyin olunanda çox fikirləşirdim ki, görəsən aqibətim necə olacaq.
Amma bir neçə il öncə, gözlənilmədən Gürcüstan Jurnalistlər Birliyinin sədri rəhmətlik Hamlet Qiqiya zəng vurub deyəndəki Xətayi Əzizov, biz sizin Gürcüstan ilə bağlı yazılarınızı, reportajlarınızı izləyirik. Belə qərara gəldik ki, sizə Gürcüstanın Əməkdar Jurnalisti fəxri adını verək.
Mən o zaman şok yaşadım. Elə bil bütün dünyanı mənə verdilər. Çünki bu fəxri adı alan ilk Azərbaycan Respublikası vətəndaşı idim.
Bu yaxınlarda isə mənim sevimli dostum Nino Şalamberidze mənə zəng vurub deyəndəki, biz sizi İlin Ən Yaxşı Xarici Ölkə Jurnalisti seçdik.
İnanın mənim dilim tutuldu, danışa bilmədim. Amma xəttin o tərəfindən Nino xanımın uca səsini təkrar eşitdikdə, onun, alo, Xətayi bəy, sizə nə oldu?, şokamı düşdünüz deməsindən sonra ayıldım. Bəli dedim, şokdayam, dedim.
Şən səslə gülərək siz buna layiqsiniz deməklə O, mənə Gürcüstsnla bağlı həyatımda ikinci dəfə ən böyük xoşbəxtliyi yaşatdı.
Mən indi də o sevincin, o şokun təsiri altındayam.
Sadəcə bunu deyə bilirəm. Çox sağ olun əziz dostlar. Nə yaxşı ki, varsınız.
Qarşıdan yeni 2026-cı il gəlir. Qoy bu yeni il sezin hər birinizə sevinc, xoşbəxtlik gətirsin.
Sizə yeni ildə yeni-yeni uğurlar arzulayıram. Və sonda ürəkdən deyirəm.
Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!
Yaşasın Azərbaycan-Gürcüstan qardaşlığı!".
Nəsimi