Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və perspektivdə Əfqanıstan–Pakistan xətti vahid təhlükəsizlik və iqtisadi sistem kimi ABŞ–Türkiyə–Azərbaycan xətti üzrə koordinasiya olunur.
Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, bu mənada Zəngəzur dəhlizinin (TRIP yolu) yalnız regional deyil, həm də qlobal enerji və ticarət marşrutlarına əsas halqa kimi əhəmiyyəti ortadadır. Prosesdə Azərbaycanın rolu isə Cənubi Qafqazın hərbi-siyasi mərkəzi kimi həlledicidir.
Gedən qlobal proseslər Rusiyanı Cənubi Qafqazla, xüsusən də Ermənistanla bağlı ciddi addımlar atmağa məcbur edir. Gələn il iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın növbəti qələbəsinə imkan verilməməsi Rusiya üçün Cənubi Qafqazda mövcudluğunu qorumaq baxımından çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, son günlər Rusiya rəsmiləri Zəngəzur dəhlizinin əleyhinə fikirlər səsləndirirlər. Rusiyanın Azərbaycanla istədiyi münasibətə nail olmaması onu Ermənistandakı seçkilərə daha da ciddi fokuslandırır.
Nəsimi