Region 11-12-2025, 09:33

DGKA-nın əməkdaşı Estoniyada beynəlxalq biznes forumunda çıxış edib

DGKA-nın əməkdaşı Estoniyada beynəlxalq biznes forumunda çıxış edib
Tallin şəhərində Latviya Ticarət və Sənaye Palatası və Caspian Energy Club tərəfindən “LEF Network Azerbaijan” layihəsi çərçivəsində “Azərbaycan diqqət mərkəzində – yeni biznes fürsətləri” adlı beynəlxalq biznes forumu keçirilib. Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş forumda Dövlət Gömrük Komitəsinin Akademiyasını (DGKA) Tədris-metodiki işin təşkili şöbəsinin mütəxəssisi, Karyera və məzunlarla iş mərkəzinin məsul şəxsi, s.ü.f.d. Şəbnəm Nuriyeva təmsil edib.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirəsində Şəbnəm Nuriyeva çıxış edərək “LEF Network Azerbaijan” layihəsində iştirakının dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə, insan kapitalının inkişafına və Avropa təcrübəsinin Azərbaycana transferinə xidmət etdiyini bildirib. O, EU Business Climate Report 2024-ün nəticələrinə əsasən Avropa şirkətlərinin Azərbaycandakı biznes mühitini müsbət qiymətləndirdiyini və ölkənin investisiya potensialını yüksək dəyərləndirdiyini vurğulayıb.

Səfər çərçivəsində Şəbnəm Nuriyeva Turiba Universiteti və Satakunta Tətbiqi Elmlər Universitetinin nümayəndələri ilə təlimlər, layihələr və tələbə mübadiləsi istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edib.

Bundan əlavə, Tallin şəhərində yerləşən DHL şirkətində proseslərin avtomatlaşdırılması, tələbələr üçün istehsalat təcrübəsi və təlim proqramlarına dair təqdimat keçirilib. Tərəflər arasında onlayn və əyani mühazirələr, master-klaslar və digər ortaq tədbirlərin təşkili barədə ilkin razılıq əldə olunub.

Nəsimi

Xəbər lenti