Qərb Ukraynanı ərazi güzəştinə məcbur edib, buna nail olsalar güc yolu ile sərhədlərin dəyişməsi presedenti yaranacaq. Bununla da ikinci dünya müharibəsindən sonra yaranmış siyasi nizam iflasa uğrayacaq. Rusiya taktiki üstünlük əldə edib, növbəti işğal siyasətinə başlayacaq. Həmçinin digər regionlarda ərazi münaqişələri başlayacaq.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, ABŞ Ukraynanı ərazi güzəştinə məcbur etməsi və bəzi Avropa ölkələri bu planı dəstəkləməsi Qərbin rüsvayçı şəkildə Rusiya qarşısında məğlubiyyəti olacaq. Döyüşüb ərazi itirə bilərsən, onunla barışmayıb bir müddətdən sonra yenidən ərazilərini döyüşüb qaytara bilərsən, amma sülh üçün ərazi güzəştinə getmək məğlubiyyət və rüsvayçılıqdı.
Rusiya kimi aqressor və bir imperialist ölkəyə ərazi güzəşti sülh gətirməyəcək, yeni faciələrə və işğallara zəmin yaradacaq.