Qırğızıstan Milli Elmlər Akademiyası Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Çingiz Aytmatov oxuları -2025” adlı Beynəlxalq elmi praktik konfrans keçirilib.
Planetinfo.az xəbər verir ki, konfransın açılış-plenar iclasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Azərbaycan arxivlərində Çingiz Aytmatovun epistolyar irsi: Qırğızıstan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələr kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
Qırğızıstan Milli Elmlər Akademiyasında keçirilən konfransda yerli Qırğızıstan alimləri ilə yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdən yüzə yaxın məruzə dinlənilib.
Nəsimi