Region 15-12-2025, 07:40

Ərdoğan Kabineti toplayır




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumət kabineti toplanır.

Planetinfo.az trthaber-ə istinadən bildirir ki, iclasın gündəliyində "Terrorsuz Türkiyə" istiqamətində atılan addımlar, bu istiqamətdə mövcud olan durum, Suriyadakı hadisələr yer alacaq. Xüsusilə, 10 mart razılaşmasına əməl etməyən SDF terror təşkilatına qarşı milli təhlükəsizlik tədbirləri çərçivəsində atılacaq mümkün addımlar müzakirə olunacaq.

Hökumət Kabinetinin iclasında milyonlarla işçinin səbirsizliklə gözlədiyi minimum əmək haqqının artırılması istiqamətində də müzakirə aparılacaq. Təxminən 7 milyon işçiyə təsir edəcək əmək haqqı artımının 31 dekabr tarixinə qədər yekunlaşdırılması gözlənilir.

Anar

Xəbər lenti