Rusiya XİN rəsmini M. Kaluqin Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsinin bağlanması üçün platforma təqdim etməyə hazır olduqlarını qeyd edib. O qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz siyasəti dəyişməz olaraq qalır.
Politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, məhz Rusiyanın vasitəçiliyi uzun müddət münaqişənin həllinə töhfə vermədi. Həmçinin 2020-ci ildən sonra sülh prosesinin qarşısını almağa çalışdı. Rusiyanın platforma təklif etməsini Azərbaycan və Ermənistan qəbul etməyəcək. Rusiya çalışır ki, Cənubi Qafqazda mövqeyini gücləndirsin. Bunun üçün təkliflərlə çıxış edir. Məhz Zəngəzur dəhlizinin onun sərhəd qoşunlarının məsuliyyət zonasından keçdiyini bəyan edərək, Moskva ilə razılaşmalı olduqlarını vurğulayıb".
Nəsimi