Region 18-12-2025, 10:29

Kreml Qafqaz uğrunda geosiyasi mübarizəyə başlayıb

Kreml Qafqaz uğrunda geosiyasi mübarizəyə başlayıb
Son aylarda Kremlin Cənubi Qafqaz uğrunda geosiyasi mübarizədə fəaliyyətində nəzərəçarpacaq canlanma müşahidə olunmaqdadır. Ukrayna cəbhəsində davam edən müharibə Rusiyanın manevr imkanlarını məhdudlaşdırsa da, Moskva regionda mövqelərini itirməmək üçün əsasən diplomatik, siyasi və iqtisadi təzyiq alətlərinə üstünlük verir. Hazırda isə bu strategiyanın mərkəzində İrəvan dayanır.

Bunu Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlamaları Kremlin İrəvanın Avropa İttifaqına inteqrasiya niyyətindən ciddi narahatlıq keçirdiyini açıq şəkildə ortaya qoyur. Overçukun “Ermənistan nə vaxtsa Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olacaq” fikri Moskvanın İrəvana ünvanladığı açıq xəbərdarlıq kimi qiymətləndirilə bilər. Kreml açıq şəkildə bildirir ki, iki inteqrasiya məkanında paralel üzvlük mümkün deyil.
Bu bəyanatlar fonunda Rusiya-Ermənistan iqtisadi münasibətlərində kəskin geriləmə də diqqət çəkir:

"Əgər ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edirdisə, bu il bu rəqəmin təxminən 6 milyard dollara düşəcəyi gözlənilir. Overçukun “Rusiya biznesi Ermənistanla işləməkdən ehtiyat etməyə başlayıb” açıqlaması iqtisadi rıçaqların artıq siyasi təzyiq alətinə çevrildiyini göstərir".

Nəsimi

Xəbər lenti