Region 22-12-2025, 09:48

Tələbələr GAK-ın Fəxri Fərmanı ilə təltif olunublar

Tələbələr GAK-ın Fəxri Fərmanı ilə təltif olunublar
Tbilisidə, Mirzə Fətəli Axundov muzeyində Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı və QafqazTürk Medianın dəstəyi ilə dövlət təqaüdünə layiq görülən, müxtəlif bölgələrdən olan və müxtəlif dövlət universitetlərində təhsil alan tələbələrlə görüş keçirilib.

Tələbələr Gürcüstan Azərbaycanlıları Konqresinin Fəxri Fərmanı ilə təltif olunublar.

Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın nümayəndələri, İki çağırış Gürcüstan parlamentinin deputatı olmuş Ramiz Bəkirov, hüquqşunas və ekspert Mübariz Qarayev, Aztv-nin və Report.az-ın Gürcüstan üzrə xüsusi müxbiri Ruslan Həsənov və gənclər iştirak ediblər.

Tədbir Gürcüstanın dövlət himninin səslənməsi ilə açıq elan edilib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək tələbələri təbrik və təltif edib.

Təltifləri təqdim edənlər sırasında Mübariz Qarayev, Ramiz Bəkirov, Ruslan Həsənov, Göyərçin Təşkilatının rəhbəri Səbinə Talıbova, Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın nümayəndələri də olublar.

Onların hər biri tələbələri səmimi qəlbdən təbrik edərək, gənclərin ölkəmizin gələcəyi olduğunu vurğulayıblar.

Tələbələr də öz növbələrində təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib,
Furşet süfrəsi təşkil olunub.

Nəsimi

Xəbər lenti