"Bu gün dünyada baş verənlərə nəzər salsaq, görərik ki, hazırkı beynəlxalq dinamikanın mahiyyətində, əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi üzərində daha çox aktivlik göstərilir. O cümlədən Mərkəzi Asiya regionu da bu kimi geosiyasi və geoiqtisadi maraqlara uyğun olaraq, siyasi və iqtisadi baxımdan böyük dövlətlərin maraq dairəsindədir".
Bu fikirləri
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu istiqamətdə maraqların toqquşması mümkündür:
"Bu səbəbdən düşünürəm ki, birbaşa qarşıdurma olmasa da, amma regionda xüsusilə də iqtisadi əlaqələr baxımından mübarizə tempinin daha da artmasına səbəb ola bilər. Əslində Mərkəzi Asiyanın birdən-birə belə önə çıxmasının bir neçə səbəbləri var. Burda əsas səbəb olaraq Rusiyanın Ukrayna müharibəsindən və tətbiq olunan sanksiyalardan dolayı zəifləməsini göstərmək olar. Rusiya ciddi şəkildə bir çox hallarda əvvəlki kimi siyasi və digər sahələrdə təsir mexanizmini tətbiq etmək gücündə deyil və bu səbəbdən Moskvanın o cümlədən Mərkəzi Asiya bölgəsinə nəzarət imkanları azalıb. Yəni Mərkəzi Asiya artıq Rusiyanın arxa baxçası olmaqdan çıxıb və çoxqütblü maraqların kəsişdiyi bir regiona çevrilib".
Ekspert deyib ki, Rusiya baş verənləri diqqətlə izləyir və ikinci cəbhə açmaq variantına getmək, ona ciddi şəkildə risklidir.
Anar