Rusiya Prezidenti Vladimir Putinin ilin sonuna yaxın Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevlə görüşü diqqəti çəkib.
Politoloq Elxan Şahinoğlu deyib ki, bunu Putinin Qazaxıstanın hazırki Prezidenti Kasım-Jomart Tokayevə xəbərdarlıq mesajı kimi qiymətləndirmək olar:
"Kasım-Jomart Tokayev Rusiya ilə tərəfdaşlığı davam etdiməklə yanaşı Türk dövlətləri arasında inteqrasiyaya, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə maraq göstərir. Bu isə imperiya təfəkkürünə sahib olan Rusiya Prezidentinin xoşuna gəlmir. Ancaq Putinin “mesajları” mövcud durumu dəyişmək iqtidarında deyil. Putin Ermənistanın baş naziri Nikol Paşinyanın acığına köhnə dostu Robert Köçəryanla da görüşürdü, ancaq Kreml sahibi bununla istədiyi nəticəni əldə edə bilmədi".
Nəsimi