Region 30-12-2025, 08:31

Eskişehirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl coşqusu

Eskişehirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl coşqusu
Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə Salam” proqramı Lidya Park Salonunda geniş iştirak və coşqulu atmosferlə həyata keçirildi.

Proqrama Dərnək sədri Uzm. Ecz. Cavid Aydın, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, sədr müavini Sirac Yaquboğlu, Sevgi Xoru üzvləri, dərnək üzvləri, azərbaycanlı soydaşlar və çox sayda gənc qatıldı.

Proqramın açılış nitqini edən Dərnək sədri Uzm. Ecz. Cavid Aydın, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif coğrafiyalarında yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik və ortaq mədəni dəyərlərin gücləndirilməsi baxımından önəmli bir gün olduğunu vurğuladı.

Sədr müavini Sirac Yaquboğlu isə çıxışında həmrəylik ruhunun yaşadılmasında mədəni tədbirlərin və gənclərin aktiv iştirakının əhəmiyyətinə diqqət çəkdi.
Tədbir bədii və mədəni nümayişlərlə davam etdi. Sisilya xanımın təqdim etdiyi rəqs performansı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı, Buta Bakı Musiqi Qrupu isə ifa etdiyi mahnılarla gecəyə rəng qatdı.

Proqram çərçivəsində səhnəyə çıxan Şaxta Baba və Qar Qız uşaqlara hədiyyələr paylayaraq tədbirə şənlik qatdı.

Bundan əlavə, beynəlxalq və şəhərlərarası musiqi festivallarında nailiyyətlər qazanan gənc sənətçi Elvin Məmmədli səhnə performansı ilə iştirakçılara duyğulu anlar yaşatdı. Gənc sənətçi Mirzə Kazımzadənin çıxışı da izləyicilər tərəfindən böyük maraqla qarşılandı.

Proqramın növbəti hissəsində qısa fasilədən sonra Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər Qolu tərəfindən təşkil edilən lotereya keçirildi.

Musiqi, əyləncə və yeni il coşqusunun bir arada yaşandığı gecə iştirakçıların unudulmaz anları ilə sona çatdı.



Nəsimi

Xəbər lenti