Region 5-01-2026, 07:47

"İran mollalarının məqsədi Türkiyənin güclənməsinin qarşısını almaqdır""

"İran mollalarının məqsədi Türkiyənin güclənməsinin qarşısını almaqdır""
ABŞ və İsrailin Suriyadakı proksi qüvvələrindən sayılan SDQ-nin başçısı Məzlum Abdinin İranın proksi qüvvələrindən olan Livan Hizbullahının baş katibi Naim Qasımla sıx əlaqədə olduğu, hətta görüşdüyü deyilir. İsrail və İranın, proksi qüvvələri vasitəsi ilə Türkiyə əleyhinə birgə fəaliyyətini təsdiq edən çoxsaylı faktlar mövcuddur.

Planetinfo.az xəbər verir ki, bunu ilahiyyatçı Tural Irfan deyib.

O, deyib ki, Suriyadakı nuseyri və ələvilər, habelə druzlar İrana və İsrailə bərabərhüquqlu şəkildə, eyni zamanda xidmət edirlər. Amal və məram Suriyanı, Livanı və bunların fonunda Yaxın Şərqdə müsəlman dövlətlərini parçalamaq, ən azı federasiyalara bölüb muxtariyyət adı ilə separatçı qurumlar yaratmaq və beləcə İsrailin bütün regionu ələ keçirməsinə yol açmaqdır. İran isə bu parçalanmadan öz payını götürüb əski Sasani imperiyasının ən azı ideoloji sərhədlərini məzhəbçilik nostaljisində bərpa etməyi düşünür. Ən azı Fələstin davasından müsəlman dövlətlərin İsrailə təzyiqinə imkan verməmək üçün mübarizə aparır. İran mollalarının məqsədi Yaxın Şərqi qan gölünə döndərmək varsa da, əsla Türkiyənin bölgədə güc və söz sahibi olmasına imkan verməməkdir. Ona görə də öz əlindən çıxan nə varsa onun digər müsəlman ölkəsinin nəzarətinə keçməməsi üçün istənilən dəyəri İsrailə satmağa, hətta peşkəş çəkməyə hazırdır. İranın məram qardaşlarından olan Bəşar Əsədin son anda Rusiyaya qaçarkən bütün koordinatları ölkədən təhlükəsiz çıxmasına şərait yaratması qarşılığında İsrailə ötürməsi buna misaldır.

Hazırda İran qarışıb. Əhali tədricən ayağa qalxır. Türk əsilli narazı toplum indiyəcən vahid lider ortaya çıxara bilmədi. İstər İran daxilində, istərsə də xaricdə, mühacir toplumu arasından dəstəklənən, fəal və xarizmatik liderin olmaması uzun illik azadlıq mübarizəsini xaotik duruma saldı. Ancaq hazırda İsrail və ABŞ şahın oğlunu İrana lider kimi təqdim edir, farslar da onu dəstəkləyir.

Əgər İranda vəziyyət rejim üçün son dərəcə ağır olarsa hakimiyyəti qorumaq üçün şüubiyyə fars rejimi Yaxın Şərqdən çəkilmək, hətta Türkiyə əleyhinə addımlar atmaq müqabilində İsrail ilə gizli razılığa da gələ bilər. Məzlum Abdinin Naim Qasımla görüşü bu münasibətin arxasında İran və İsrailin olduğundan xəbər verir.

Nəsimi

Xəbər lenti