Rusiyaya məxsus Kölgə Donanmasının iki tankerinin ABŞ tərəfindən həbs edilməsi Rusiya–Amerika münasibətlərinin, daha doğrusu, Putin–Tramp “ittifaqı”nın sonuna doğru prosesin ilk ciddi göstəricisidir. Bunun Rusiya və Çinin faktiki müttəfiqi Venesuela prezidenti Maduronun həbsindən sonra həyata keçirilməsi və paralel olaraq Parisdə çoxmillətli qüvvələrin Ukraynada yerləşdirilməsinə dair Niyyət Bəyannaməsinin imzalanması ilə yekunlaşan, ABŞ nümayəndə heyətinin iştirakı və dəstəyi ilə Ukrayna, Böyük Britaniya və Fransa sammitinin keçirilməsi Putin–Tramp münasibətlərinin pozulması qənaətini təsdiqləyir.
Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.
"Məlumdur ki, hələ 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Ukraynanın təslim olması və Zelenskinin ölkəni tərk etməsi təklifinə baxmayaraq, Ukrayna heç bir köməyi olmadan Rusiyanın böyük qüvvə ilə Kiyevə hücumunu dəf edərək geri çəkilməyə məcbur etməsini təkbaşına bacarmışdı. Hazırda hərbi sənayesini bərpa edən, dünyanı ətrafında Rusiyaya qarşı birləşdirən Ukrayna açıq torpaq itkisi ilə nəticələnən müqavilə ilə heç bir halda Rusiya ilə razılaşan deyil.
Eyni zamanda Rusiya tankerlərinin həbsində Böyük Britaniyanın iştirak etməsini etiraf etməsi, gözlənildiyi kimi, Rusiyanın NATO daxilində çatları dərinləşdirmək planlarının qarşısının alındığını göstərir. Şübhəsiz ki, və dəfələrlə qeyd etdiyim kimi, ABŞ NATO-nun dağılmasında maraqlı deyil, sadəcə təhdidləri Avropadan daha çox mənfəət almaq və asılılığı dərinləşdirmək niyyətindədir.
Ancaq Trampın NATO ilə bağlı Avropa siyasəti əks-reaksiya verir, artıq Avropa ABŞ-sız öz təhlükəsizliyini təmin etmək üzrə praktik proseslərə start verib. Hətta Almaniya Avropanın təhlükəsizliyini boynuna götürə biləcəyini bildirib" - politoloq deyib.
Nəsimi