Xameneidən sonra İranda hakimiyyətə Rza Pəhləvinin gətirilməsi ehtimalına, əvvəla qeyd etmək lazımdır ki, şah rejimi davamçısı Rza Pəhləviyə qarşı, ölkənin 50 faizindən çoxunu təşkil edən Cənubi Azərbaycan əhalisinin ciddi narazılığı mövcuddur.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib:
"Həmçinin, ABŞ-da yaşayan Pəhləvinin İranda hakimiyyətə qayıtması yalnız Donald Trampın iradəsinə bağlıdır. Şübhə yoxdur ki, Trampın Ərdoğan və İlham Əliyev ilə etibarlı münasibətləri bu prosesdə həlledici şərt rolunu oynayır.
Eyni zamanda, İranın hazırkı prezidenti, əslən azərbaycanlı Pezeşkianın mövqeyi, Rza Pəhləvinin İranda hakimiyyətə qayıtmasına ciddi maneə yaradır".
Nəsimi