Region 9-01-2026, 06:25

"Güney Azərbaycan azad olmalıdır"

"Güney Azərbaycan azad olmalıdır"
İranda etiraz aksiyaları inkişaf edərsə, hakimiyyət boşluğu yaranarsa, rəsmi Bakı Güney Azərbaycana diqqət etməlidir.

Bunu Planetinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, 40 milyona yaxın soydaşlarımız etiraz aksiyalarında geniş şəkildə çıxarsa, onların hüquqları təmin olunmalı və dəstək verilməlidir:

"İranda dini rejim gedəcək. ABŞ və İsrail bu istiqamətdə ciddi strateji plana malikdir. Güney Azərbaycan azad olmalıdır. ABŞ və Qərb azərbaycanlılara deyil, kürdlərə üstünlük verməsi istisna deyil. Təbriz, Ərdəbil, Xoy, Urmiya, Mərənd, Həmədan, Sərab, Maku, Xalxal Azərbaycandır".

Nəsimi

Xəbər lenti