Region 9-01-2026, 06:30

"Post-rejim dövrünə də hazırlıqlı olmalıyıq"

"Post-rejim dövrünə də hazırlıqlı olmalıyıq"
Başda Təbriz olmaqla Güney Azərbaycanın mitinqlərə qoşulması İranda rejimin əleyhinə olan prosesləri sürətləndirəcək.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O, qeyd edib ki, azərbaycanlıların digər bölgələrdəki aksiyalarda səslənən sosial-iqtisadi şüarlardan fərqli olaraq, milli tələblər irəli sürməsi – rejimi də, onun yerinə göz dikən Pəhləvini də rədd etməsi, azadlıq, milli hökumət istəməsi post-rejim dövrünü üfüqdə göstərir. İranda hadisələrin hansı istiqamətdə inkişafı Arazın o tayındakı milyonlarla soydaşımızın gələcəyi baxımından Azərbaycan üçün taleyüklü məsələdir. Azərbaycan dövləti İranın daxili işlərinə qarışmır, lakin post-rejim dövrünə də hazırlıqlı olmalıyıq.

Güney Azərbaycan məsələsi Qarabağ kimi Azərbaycan dövlətinin və millətinin taleyidir, bu taleyi bir gün yaşamalıyıq.

Nəsimi

Xəbər lenti