İranda hadisələr öz məcrasından çıxmaqda davab edir. Bu arada Fars millətçiləri 1979-cu ildə qovulmuş şahın oğlunu hakimiyyətə gətirmək və hətta şahlığ rejimini bərpa etmək istəyirlər. Keçmiş şahın oğlu 19 yaşında ölkəni tərk edib, müxtəlif ölkələrdə yaşayıb, əsasən Amerkada, hazırda Rza Pəhləvinin 65 yaşı var və onu əsasən Amerika və İsrail dövləti dəstəkləyir.
Planetinfo.az xəbər verir ki, bunu hüquqşünas Mobil Vəkiloğlu deyib.
Onun fikrincə, Məhəmməd Rza şahın da anası Azərbaycan türklərindən idi və hazırki hakimiyyətə iddalı Rza Pəhləvinin anası Fərəh xanım da xalis türkdür, amma bu pəhləvilər türklərə nifrət edirlər, hətta hakimiyyətə gəlməmiş Rza Pəhləvi türklərlə haqq-hesab çəkəcəyini bildirib. Gəlin görək nədən Rza Pəhləvini İranda şah görməyi ən çox Amerka və İsrail istiyir? Pəhləvi ailəsinə nəzər salaq anaları türk dədələri Fars milliyyətçisi olan şahlıq həvəsinə düşən Rza Pəhləvinin özündən başqa Əli Rza adlı qardaşı olub və 2011-ci ildə özünü öldürüb, adamın Fərəhnaz, Leyla adında iki bacısı olub və Leyla adlı bacısı gözəl və hündür boy olduğu üçün modellik edib və 2001-ci il tarixdə narkotikdən həddən artıq istifadə etdiyi üçün ölüb.
Rza Pəhləvi 40 yaşında evlənib, Nur, İman və Fərəh (nənə Fərəhin şərəfinə qoyulmuş ad) adlı üç qızı var. Onlardan Fərəh 2025-ci il tarixdə Amerkan əsilli Yəhudi Bredli Şermana ərə gedib, amma Fransada yaşayırlar. İranda hakimiyyəti ələkeçirtməyə çalışan Rıza Pəhləvinin hansı dinə-qəssəbə qulluq etdiyi bəlli olmaz, belə ki, o, yəhudi siyasi elitası ilə çox sıx münasibətdədir və dəfələrlə Qüdsdə yevreylərin ağlama divarında sitayiş etdiyi kadırlar yayılıb, Hazırda Rza Pəhləvinin İrana qayıtması ölkəni param-parça edəcək.
Nəsimi