Region 13-01-2026, 07:51

"Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır"

"Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır"
İranı idarə edənlər ABŞ və onun Prezidenti Donald Trampı hədələmələrinə baxmayaraq, indiki ağır vəziyyətdə Ağ Ev sahibi ilə müzakirələri lazım biliblər. Çünki, bilirlər ki, Donald Tramp “İrana müdaxilə edə bilərik” deyərkən real addımlar ata bilər. Görünür, İran mühafizəkarları bunu önləmək üçün xarici işlər naziri Abbas Əraqçiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla təmas qurmağı tapşırıblar.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, böyük ehtimalla İran Prezidenti Məsud Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır. Tramp hələ İrana zərbə vurmağın tərəfdarı deyil. Çünki, ona təqdim edilən hesabatlarda raket zərbələrinin mühafizəkarların işinə yarayacağı, onların düşmənə qarşı İran cəmiyyətini biləşdirə biləcəyi göstərilir. Ancaq tərsi də mümkündür.

Zərbələr İranda daxili qarşıdurmanın artmasına da şərait yarada bilər ki, mühafizəkarlar bundan ehtiyat edirlər. Tramp bu iki yanaşma arasında qərar verməkdə çətinlik çəkir. İran mühafizəkarları isə vaxt udmağa, ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə boğmağa çalışırlar.

Nəsimi

Xəbər lenti