Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə raket və PUA-larla zərbə endirib.
Planetinfo.az Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən xəbər verir ki, hücum nəticəsində 4 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb.
Sinequbov rusların ikiqat zərbə taktikasından istifadə etdiklərini, əvvəlcə ballistik raketlərlə, daha sonra isə zərbə dronları ilə hücum etdiklərini bildirib.