İranın İrəvandakı səfiri Xəlil Şirqolami gileylənırək deyib:
"Tehranda belə təəssürat formalaşır ki, Ermənistan İrana qarşı yönəlmiş qüvvələrin fəaliyyət mərkəzinə çevrilir. Ən çətin zamanlarda biz Ermənistan xalqı və hökumətinin yanında olmuşuq. Bunun nümunələri çoxdur. Bu gün biz çətin vəziyyətdəyik. İrəvandakı səfirlik qarşısına yığılan şəxslər hər gün bizi və ölkəmizi təhqir edir. Bütün bunlar xalqımızın tarixi yaddaşında qalacaq... "
Şirqulaminin dediyi "ən çətin zamanlarda Ermənistanın yanında olmuşuq, bunun nümunələri çoxdur" ifadəsi İran rejiminin Azərbaycan və Türkiyəyə, ümumilikdə isə İslama və müsəlman aləminə xəyanət tarixinin acı etirafıdır.
Planetinfo.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib:
"Bəli, düz deyir. Ermənistanın xalqımıza qarşı bütün təcavüzləri zamanı molla rejimi onların yanında olub. Hətta son ana qədər Zəngəzur dəhlizinə qarşı çıxmaqla öz xislətini gizlətməyib.
Səfirin qaxınc, giley, etiraf dolu yalvarışları çox iyrəncdir, əslində".
Nəsimi