Xamenei sabahdan etibarən həbs edilmiş üsyançıları edam etməyə başlayacağı barədə xəbərlər yaydıqdan sonra Donald Tramp onların bunu edəcəkləri təqdirdə özləri üçün daha pisini hazırladıqları barədə açıqlama verib.
Bunu Planetinfo.az-a politoloq Vasif Əfəndi deyib.
O, qeyd edib ki, bu vəziyyət bir daha sübut edir ki, hakimiyyətdə olduqları dövrdə törətdikləri cinayətlərə görə əfv olunacaqlarının mümkünsüz olduğunu bildikləri üçün geriyə dönüşün qapandığını anlayıblar:
"Xameneinin və əlləri qana bulaşmış rejim mənsublarının davranışları məntiqə görə uyğundur. Onsuzda ələ keçəcəkləri təqdirdə edam ediləcəklərini bilirlər və dirənəckləri hər gün bunlar üçün daha çox yaşamaq şansdır. Amma bir məsələni görməzdən gəlirlər, öldürdükləri hər cana görə öz yaxınları və övladları ilə bədəl ödəyə bilərlər".
Nəsimi