Tramp bəyan edib ki, “bu gün İranda çoxsaylı edamlar nəzərdə tutulurdu, lakin qətllər artıq dayandırılıb”. Bu, ABŞ-ın İrana zərbə endirməkdən çəkiməsi kimi oxuna bilər, çünki Tramp “edamlar davam edərsə, hücum edəcəyik” tipli xəbərdarlıq etmişdi.
Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, 12 günlük müharibənin təcrübəsi fərqli nəticəni önə çıxarır: Tramp həmin vaxt da hücumdan qısa müddət öncə İranla bağlı ritorikasını yumşaltmışdı, ardınca zərbələr endirildi, bu kontekstdə yenə eyni taktikadan istifadə edildiyi istisna edilməməlidir; Vaşinqton bununla zərbənin gözlənilməz olmasını təmin etmək istəyə bilər;
Mövcud vəziyyət də Trampın ritorikasından fərqlənir:
- ABŞ-ın Qətərdə yerləşən “Əl-Udeyd” hərbi bazasını boşaldır: daha öncə İran Vaşinqtona cavab olaraq bu hərbi bazaya raket atmışdı; rəsmi Tehran mümkün hərbi müdaxiləyə cavab olaraq, Birləşmiş Ştatların region ölkələrindəki bazalarını vuracağını bəyan edib;
- Avropa ölkələri İrandakı vətəndaşlarına ölkəni tərk etmək çağırışı edib, o cümlədən, aviaşirkətlər uçuşları ləğv edir;
- “Röyters” mənbələrə istinadən ABŞ-ın İrana müdaxiləsinin qarşıdakı 24 saat ərzində başlaya biləcəyini yazır;
- “The Independent” nəşri ABŞ administrasiyasına yaxın mənbəyə istinadən hərbi müdaxilənin olacağını təsdiqlədib. “Prezident Tramp İrana qarşı hücum əmri verməyə hazırdır, bu, rejimin cərrahi yolla devrilməsi olacaq”, - mənbə deyib;
Məlumatlar ABŞ prezidentinin sözlərinin əksinədir. Bununla yanaşı, İran rejiminin etirazlara müdaxiləni dayandırmayacağı və ABŞ-ın tələbləri qarşısında asanlıqla təslim olmayacağı da hərbi variantı aktuallaşdırır.
Nəsimi