ABŞ, İsrail və İran arasında pərdəarxası təmasların intensivləşməsi regionda yeni siyasi konfiqurasiyanın formalaşması ehtimallarını gündəmə gətirib.
Bunu Planetinfo.az-a siyasi şərhçi Elşən Həsənov deyib.
Diplomatik dairələrə yaxın mənbələrin məlumatına görə, tərəflər arasında müzakirə olunan kompromis paketinin əsas konturları aşağıdakı kimi görünə bilər:
1. Mövcud dini-siyasi idarəetmə sistemi formal olaraq qorunsa da, onun funksiyası daha çox strateji və ictimai nəzarət çərçivəsi ilə məhdudlaşdırılacaq.
2. Ölkənin gündəlik idarəçiliyi müvəqqəti olaraq prezident üsul-idarəsinə həvalə ediləcək ki, bu da siyasi keçidi stabilləşdirmək məqsədi daşıyır.
3. Beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və plüralist seçkilərin keçirilməsi üçün konkret yol xəritəsi hazırlanacaq.
4. Paralel olaraq, Konstitusiyanın yenilənməsi ilə bağlı ümumxalq referendumuna hazırlıq prosesi başlanacaq.
5. Gələcək siyasi model kimi parlamentli-prezident respublikası və ya qarışıq idarəetmə mexanizmi variantları prioritet kimi nəzərdən keçiriləcək.
6. İran öz nüvə proqramını tam miqyasda dondurmağı öhdəsinə götürəcək və beynəlxalq nəzarət mexanizmlərinə açıq olacaq.
Müşahidəçilər qeyd edir ki, bu yanaşma bir tərəfdən ölkədaxili siyasi gərginliyi azaltmağa, digər tərəfdən isə regionda qarşıdurma risklərini minimuma endirməyə yönəlib. Bununla belə, prosesin uğuru tərəflərin real siyasi iradəsindən və daxili ictimai konsensusdan asılı olacaq.
Nəsimi