Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatının Novaya Adıgeya kəndinə hücumu nəticəsində yaralananların sayı 11-ə çatıb, onlardan ikisi uşaqdır.
Planetinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Murat Kumpilov öz Telegram kanalında məlumat verib. Bundan əvvəl 8 nəfərin yaralandığı bildirilirdi.
"Yenilənmiş məlumata görə, 11 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, o cümlədən iki uşaq”, - Kumpilov yazıb və hər kəsin tezliklə sağalmasını arzulayıb.
Nəsimi