Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) qonağı Borçalı əsilli şairə, “Məhsəti” Şairlər Məclisinin sədri, Dünya Azərbaycanlıları Könqresinin üzvü, “Abdulla Şaiq” və “Qızıl Qələm” mükafatları laureatı, gözəl kitablar müəllifi Cəvahir xanım Qaraqızı olub.
Planetinfo.az xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və Qafqaz Türk Medianın yaradıcı heyəti ilə görüş maraqlı fikir-yaradıcılıq mübadiləsi şəraitində keçib.
GAK sədri Hüseyn Yusubov, səmimi görüş üçün təşəkkürünü bildirən şairəyə yeni, təzə-tər yaradıcılıq uğurları arzulayıb və ümidvar olduğunu bildirib ki, belə yaddaqalan görüşlər bundan sonra da çox olacaqdır.
Təki istək olsun!
Nəsimi