Region 23-01-2026, 20:31

Rusiyaya məxsus sərnişin təyyarəsi təcili eniş etdi

Rusiyaya məxsus sərnişin təyyarəsi təcili eniş etdi
Tailandın Fuket (Phuket) şəhərindən Barnaul şəhərinə uçan Rusiyanın “Azur Air” şirkətinə məxsus “Boinq 757” sərnişin təyyarəsi Çinin Lançjou şəhərinə planlaşdırılmamış eniş etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə aviaşirkətin nümayəndəsi deyib.

Məlumata görə, təyyarə Çin hava məkanında olarkən təcili qəza vəziyyətini bildirən 7700 siqnalını verib.

Təyyarə Lançjouya eniş edəcək.

Qeyd edək ki, təyyarədə 238 nəfər var.

***

Rusiya təyyarəsi Çinin Lançjou şəhərinə təhlükəsiz şəkildə eniş edib.

Bu barədə “Azur Air”in Teleqram kanalında məlumat verilib.

Məlumata görə, təyyarə ekipajı mühərrikin işləməməsi və dartma itkisi səbəbindən təcili eniş istəyib.

Sərnişinlər arasında xəsarət alan olmayıb.

Xəbər lenti