Region 26-01-2026, 07:08

Səfirimiz Gürcüstan Vəkillər Kollegiyasının sədri ilə görüşüb

Səfirimiz Gürcüstan Vəkillər Kollegiyasının sədri ilə görüşüb
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstan Vəkillər Kollegiyasının sədri görüşüb.

Görüş zamanı səfir F.Quliyev İ.Kandaşvilini vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Diplomat hüquqi dövlətin və ədalətli məhkəmə sisteminin formalaşmasında vəkil peşəsinin rolunu vurğulayıb, Gürcüstanın müstəqil və şəffaf ədliyyə sistemində vəkillik institutunun əhəmiyyətini qeyd edib.

Səfir F.Quliyev Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, bu əlaqələrin hüquq sahəsində də uğurla inkişaf etdirilməsinin vacibliyini bildirib.

O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin və institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib və bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu bildirib.

Öz növbəsində İ.Kandaşvili diplomata təşəkkürünü çatdırıb və Azərbaycan ilə Gürcüstanın vəkil-hüquqşünas birlikləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, əlaqələrin daha da dərinləşdirilməsinə, qarşılıqlı maraq doğuran təşəbbüslərin həyata keçirilməsinə və institusional əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduqlarını bildirib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Nəsimi

Xəbər lenti